Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Kirəvud kəndində sakinlərlə səyyar qəbul keçirilib

03 may 2023 | 17:56

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov 03 may 2023-cü il tarixində rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçilərinin iştirakı ilə Kirəvud kəndində səyyar qəbul keçirib. Qəbulda Kirəvud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Kirəvud, Aran, Boykəndil, Buruq, Ərdəbilə, Lələdulan, Musavar və Ordahal kəndlərinin sakinləri iştirak edib.

Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib. Müraciətlər əsasən yol, qaz, elektrik və digər sosial məsələlərlə bağlı olub.

Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov kənd sakinlərinin problem və təkliflərini dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.

Keçidlər