Şriftin ölçüsü :

Saytın rəngi :

Kələxan kəndində növbəti səyyar qəbul keçirilib

12 noyabr 2025 | 15:51

Lerik Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçilərinin iştirakı ilə Kələxan kəndində səyyar qəbul keçirib.

Səyyar qəbulda Kələxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Kələxan,  Aşağı Amburdərə, Göydərə, Hilədərə, Hüseynabad, Xocadoy, Kəlvəz, Qışlaq, Məhləabad  və  Yuxarı Amburdərə kəndlərinin sakinləri iştirak edib.

Qəbulda çıxış edən rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov  bildirib ki, səyyar görüşlərdə əsas məqsəd kəndlərdəki mövcud vəziyyəti sakinlərin dilindən öyrənərək həlli mümkün olan məsələləri yerində həll etmək, ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.

Həmçinin rayon rəhbəri Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti portalı barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və və https://rih.gov.az/ portalından istifadə etmələrini tövsiyə edib.

Sonra kənd sakinlərinin şikayət və təklifləri dinlənilib. Sakinlər  avtomobil yollarının təmiri , suvarma suyu ilə təchizatın yaxşılaşdırılması məqsədi ilə sututarlarının yaradılması və digər müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov kənd sakinlərini narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.

Keçidlər