Kartof toxumunun yetişdirilməsi ilə bağlı maarifləndirici tədbir keçirildi
28 iyul 2022-ci il tarixdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovun və Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Elmar Allahverdiyevin iştirakı ilə rayonun Kəlvəz kəndində fermerlərlə kartof toxumçuluğunun təşkili mövzusunda səyyar görüş keçirildi. Görüşdə rayon icra hakimiyyətinin başçısı çıxış edərək son illərdə respublikamızın o cümlədən rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə kənd sakinlərini məlumatlandırdı. İcra başçısı görüşdə iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlarını verdi.
Görüşdə iştirak edən Tərəvəzçilik Elmi Tədqiqat İnstitunun İdarə heyyətinin sədri Elmar Allahverdiyev Lerik rayonundakı yerli qədim kartof sortları əkini ilə məşğul olan kənd sakinləri ilə birlikdə kartof sahəsini müşahidə etdi, fermerlərə öz tövsiyyələrini verdi. Genefond üçün qədim yerli kartof sort nümunələri götürüldü. Məqsəd bu sortlar üzərində yenidən tədqiqatlar aparmaq onları yaxşılaşdırmaq və milli genefondu qoruyub saxlamaq, fermerlərə bu sortları yenidən təqdim etməkdir.