Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

I Qarabağ müharibəsində itkin düşmüş və 2024-cü ildə şəxsiyyəti müəyyən edilmiş Cəfərov Müşfiq İlyas oğlunun nəşi Monidigah kəndində dəfn olunub

08 may 2024 | 19:24

I Qarabağ Müharibəsində itkin düşmüş və 2024-cü ildə şəxsiyyəti müəyyən edilmiş rayonun Monidigah kənd sakini Cəfərov Müşfiq İlyas oğlunun nəşi dəfn olunmaq üçün doğulduğu Monidigah kəndinə gətirilib. Şəhidlə vida mərasimində rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı İqbal Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhidimiz yaylım atəşinin açılması ilə torpağa tapşırılıb. Daha sonra şəhid cənazəsinə bükülmüş Azərbaycan bayrağı rayon icra hakimiyyətinin  başçısı tərəfindən şəhidin qardaşına  təhvil verilib.

Keçidlər