Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

I Qarabağ müharibəsində itkin düşmüş və 2024-cü ildə şəxsiyyəti müəyyən edilmiş Abbasov Zahid Ziyad oğlunun nəşi Laman kəndində dəfn olunub

22 may 2024 | 16:48

I Qarabağ Müharibəsində itkin düşmüş və 2024-cü ildə şəxsiyyəti müəyyən edilmiş rayonun Laman kənd sakini Abbasov Zahid Ziyad oğlunun nəşi dəfn olunmaq üçün doğulduğu Laman kəndinə gətirilib. Şəhidlə vida mərasimində rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı İqbal Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhidimiz yaylım atəşinin açılması və hərbi orkestrin müşayiəti ilə torpağa tapşırılıb. Daha sonra şəhid cənazəsinə bükülmüş Azərbaycan bayrağı rayon icra hakimiyyətinin  başçısı tərəfindən şəhidin oğluna təhvil verilib.

Keçidlər