Hovil kəndində şəhid İmaməli İbrahimovun şəhadətinin ikinci ildönümü və xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışına həsr olunmuş tədbir keçirilib
10 noyabr 2022-ci il tarixində rayonun Hovil kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış şəhid İbrahimov İmaməli Elman oğlunun şəhadətinin ikinci ildönümü və xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışına həsr olunmuş tədbir keçirilib.
Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov və şəhidin babası Dadaş İbrahimov tərəfindən bulaq kompleksinin üzərindən örtük götürülüb və önündə gül-çiçək dəstələri düzülüb.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov şəhid ailələrini və kənd sakinlərini salamlayıb və abidə kompleksinin tikintisində dəstəy göstərən hər kəsə minnətdarlığını ifadə edib. Bildirib ki, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi daim əziz tutulur, onların adının əbədiləşdirilməsi üçün dövlət tərəfindən müxtəlif tədbirlər həyata keçirilir və şəhid ailələri hər zaman diqqət mərkəzində saxlanılır. Bu günlərdə Vətən müharibəsində qazandığımız Şanlı Qələbənin təcəssümü olan Zəfər Günün ikinci ildönümünü iftixar hissi ilə qeyd edildiyini vurğulayıb. Vətən Müharibəsinin 44 günü ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini, bu möhtəşəm qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini diqqətə çatdırıb.
Şəhidin babası Dadaş İbrahimov çıxış edərək şəhid ailələrinə, qazilərə göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlığını ifadə edib.
Qılqılov kənd ümumi orta məktəbinin şagirdlərinin ifasında şəhidlərə həsr olunmuş kompazisiya səsləndirilib.
Eyni zamanda tədbir iştirakçıları kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, üzərinə gül-çikək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir Hovil kəndində şəhid İmaməli İbrahimovun xatirəsinə inşa edilmiş mərasim evində ehsan süfrəsi ilə davam etdirilib.