Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Hiveri kəndində səyyar qəbul keçirilib

21 iyun 2024 | 15:07

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçilərinin iştirakı ilə Hiveri kəndində səyyar qəbul keçirib.

Qəbulda Qosmalıan İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə daxil olan Qosmalıan, Hiveri, Çökərə, Digah, Divağac, Hoveri, Qələsər, Lələhiran, Şonaçola və Tatoni kəndlərinin sakinləri iştirak edib.

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və  qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdir.

Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib.  Sakinlərin təklif və problemlərini dinləyən rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib.

Keçidlər