Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Heydər Əliyev İli çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının və müsabiqələrin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

27 dekabr 2023 | 16:04

27 dekabr 2023-cü il tarixdə Heydər Əliyev İli çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar üzrə müsabiqələrin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov çıxış edərək bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3494 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilmiş, 2022-ci il 28 noyabr tarixli 3623 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilmişdir. Həmin sərəncamların rayonda icrasının təmin edilməsi məqsədilə Lerik Rayon İcra Hakimiyyətinin tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq 2023-cü il ərzində müxtəlif mövzularda elmi-praktik konfranslar, mədəni-kütləvi tədbirlər, o cümlədən yaradıcılıq müsabiqələri, intellektual yarışlar, sərgilər, festivallar, müxtəlif idman növləri üzrə yarışlar keçirilmiş, həmin tədbirlərdə ictimaiyyətin geniş nümayəndələri fəal iştirak etmişlər. Rayon icra hakimiyyətinin başçısı yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar üzrə müsabiqələrin qaliblərini əldə etdikləri nailiyyət münasibətilə təbrik edib.

Tədbirdə Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin Lerik rayonu üzrə gənclər və idman sektorunun müdiri Natiq İsaqov, Lənkəran–Astara Regional Təhsil İdarəsinin Lerik rayonu üzrə təhsil sektorunun müdiri Zöhrab Salayev, Lerik Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Elşad İsgəndərov, məşqçi-müəllim Elvin Mirzəyev, Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü məktəb-liseyinin direktoru Gültəkin Şıxəliyeva Heydər Əliyev İli çərçivəsində keçirilmiş müxtəlif nominasiyalar üzrə müsabiqələrdə məktəbli və gənclərin böyük həvəslə iştirak etdiklərini, yüksək nəticə göstərdiklərini bildiriblər.

Müsabiqə qaliblərindən İsa Əliyev, Elmin Zülfiyev və digərləri çıxış edərək belə tədbirlərin yüksək səviyyədə təşkil olunmasına, habelə yarışlarda nailiyyət əldə etmiş məktəbli və gənclərlə görüşlərin keçirilməsinə görə minnətdarlığını bildiriblər.

Yaradıcılıq festivallarının və müsabiqələrin qaliblərinə Lerik Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təşəkkürnamələr təqdim edilib.

Keçidlər