Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Gürdəsər kəndində sakinlərin müraciət və təklifləri dinlənilib

22 yanvar 2025 | 16:12

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov 22 yanvar  2025-ci il tarixində Gürdəsər kəndində səyyar qəbul keçirib. Qəbulda RİH başçısı aparatının və aidiyyəti təşkilatlarının məsul şəxsləri, eləcə də Əliabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Gürdəsər, Əliabad, Soru və Camaşəir kəndlərinin sakinləri iştirak edib.

Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib.  Müraciətlər əsasən yol, qaz, elektrik və digər sosial məsələlərlə bağlı olub.

Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov kənd sakinlərini narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.

Keçidlər