Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Günəşli kəndində səyyar görüş-qəbul keçirilib

05 fevral 2025 | 17:05

05 fevral 2025-ci il tarixində Günəşli kəndində növbəti səyyar qəbul keçirilib. Qəbulda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı Vasif Qafarov, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri və Noda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Noda, Günəşli, Babagil və Bilnə kəndlərinin sakinləri iştirak edib.

Rayon icra hakimiyyətinin başçısı ölkə rəhbərinin müvafiq tapşırığına uyğun olaraq vətəndaşların səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdən ibarətdir.

Sakinlərin müraciətləri dinlənilib. Müraciətlər əsasən ərazinin kəndlərinə qaz xəttinin çəkilişi, elektrik təsərrüfatının yenilənməsi, kənddaxili yolların təmiri və digər sosial məsələlərlə bağlı olub.

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov kənd sakinlərinin problem və təkliflərini dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması üçün aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verib.

Keçidlər