Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Əvilə kəndində sakinlərin müraciət və təklifləri dinlənilib

12 iyul 2023 | 16:22

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov yerli hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri ilə birlikdə növbəti səyyar qəbulunu Əvilə kəndində keçirib. Qəbulda Livədirqə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Əvilə, Qədimkücə, Livədirqə, Mastail, Murya, Nüsomurya və Yuxarı Bilnə kəndlərinin sakinləri iştirak edib.

Sakinlər tərəfindən elektrik təsərrüfatının yenilənməsi, avtomobil yollarının təmiri, içməli suya olan təlabatın ödənilməsi və bir neçə fərdi müraciət səsləndirilib.

Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri problemlər ayrı-ayrılıqda dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumlara tapşırıqlar verilib.

Keçidlər