Əvilə kəndində növbəti səyyar qəbul keçirildi
Vətəndaşlara xidmət və onların müraciətlərinə həssas münasibət göstərilməsi cənab Prezident İlham Əliyev tərəfindən bütün dövlət məmurları qarşısında qoyulan prioritet məsələlərdəndir. Bu məqsədlə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev qrafikə uyğun olaraq növbəti səyyar qəbulunu 4 may 2022-ci il tarixdə Əvilə kəndində Livədirqə kənd inzibati ərazi dairəsin daxil olan kənd sakinləri ilə keçirdi. Səyyar qəbulda icra hakimiyyəti aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri iştirak edirdilər.
Qəbulda Cəlil Baxşıyev dövlət başçısının göstəriş və tövsiyələrinə uyğun olaraq vətəndaşların müraciətlərinə həssas yanaşılması istiqamətində vətəndaşlarla yerlərdə görüşlərin önəmini qeyd etdi. Ölkə başçısının uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının dayandığını vurğuladı. Son aylarda əhalinin sosial təminatının yaxşılaşdırması istiqamətində imzaladığı fərman və sərəncamların sözügedən məqsədə xidmət erdyini bildirdi.
İcra başçısı sakinlərin qaldırdığı bütün müraciətləri həssaslıqla dinlədi, onların həlli istiqamətində aidiyyəti üzrə səlahiyyətli şəxslərə yerində göstərişlərini, icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlərin həlli üçün isə aidiyyatı qurumlara rəsmi qaydada müraciət olunmasıyla bağlı tapşırıqlarını verdi.
Qəbulda sakinlər hər kəsə fikir və istəklərini sərbəst şəkildə söyləyə bildikləri üçün yaradılan şəraitə və problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.