Şriftin ölçüsü :

Saytın rəngi :

Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Məmmədhüseyn Əliyevin 100 illik yubileyi qeyd edilib

12 iyun 2025 | 17:24

Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon mədəniyyət mərkəzində Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Məmmədhüseyn Əliyevin 100 illik yubileyi keçirilib.

Öncə tədbir iştirakçıları mədəniyyət evinin foyesində yazıçının kitablarından, fotoşəkillərindən və qəzet materiallarından ibarət sərgi ilə tanış olublar. Sonra Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Məmmədhüseyn Əliyevin həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti haqqında qısa film nümayiş etdirilib.

Tədbiri giriş nitqi ilə filologiya elmləri doktoru, professor İslam Qəribli açaraq Məmmədhüseyn Əliyevin həyat və yaradıcılığı haqqında məlumat verib.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov çıxış edərək görkəmli yazıçı Məmmədhüseyn Əliyevin yubileyinin keçirilməsinin Prezident cənab İlham Əliyevin yaradıcı insanlara olan diqqət və qayğısının nəticəsi olduğunu diqqətə çatdırıb, ədibin əsərlərində tərənnüm olunan məsələlərə qısa nəzər salaraq, onun əsərlərinin yeni forma və dizaynda nəşrinin vacibliyini qeyd edib.

Yubiley tədbirində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vasif Qafarov, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri Qafar Cəfərli, filologiya elmləri doktoru, professor Yədulla Ağazadə, şair-publisist Ağacəfər Həsənli, Məmmədhüseyn Əliyev adına Gürdəsər kənd tam orta ümumtəhsil məktəbinin direktoru Fəqan Ağayev və digərləri Məmmədhüseyn Əliyev yaradıcılığı haqqında fikirlərini bildiriblər.

Tədbirdə Lənkəran Dövlət Dram Teatrının aktyorları tərəfindən Məmmədhüseyn Əliyevin şeirləri səsləndirilib, Məmmədhüseyn Əliyevin sözlərinə bəstələnmiş mahnılar ifa olunub.

Sonda görkəmli yazıçının ailə üzvləri, o cümlədən oğlu Ənvər Əliyev çıxış edərək atasının xatirəsinin yad edilməsinə, onun 100 illik yubileyinin doğma diyarı olan Lerikdə yüksək səviyyədə keçirilməsinə görə rayon rəhbərliyinə minnətdarlığını ifadə edib.

Keçidlər