Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib

23 iyun 2025 | 14:07

Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasında 23 İyun - “Dövlət qulluqçularının peşə bayramı günü” münasibətilə tədbir keçirilib.

Öncə tədbir iştirakçıları Lerik şəhərində Azərbaycan xalqının ulu öndəri, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər gül dəstələri düzərək  xatirəsini ehtiramla yad ediblər.

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov tədbiri giriş nitqi ilə açaraq dövlət qulluğunda çalışanları peşə bayramı münasibəti ilə təbrik edib, dövlət quruculuğu sahəsində aparılan islahatların ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, Ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələri bu gün cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində respublikamızda dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görülür, uğurlu islahatlar aparılır.

Cənab Prezident tərəfindən 2006-cı ildə dövlət qulluqçularının peşə bayramı günün təsis olunması, hər il bu bayram münasibəti ilə dövlət qulluqçularının təltif edilməsini dövlət qulluqçularına göstərilən diqqət və qayğının nəticəsidir. Bu il bayram ərəfəsində cənab Prezidentin sərəncamı ilə təltif edilmiş dövlət qulluqçularının siyahısında rayon icra hakimiyyətinin əməkdaşının adının olması və onun Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilməsi rayonda çalışan dövlət qulluqçularına göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Daha sonra rayon icra hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova 23 İyun - “Dövlət qulluqçularının peşə bayramı günü"nə həsr olunmuş geniş məruzə ilə çıxış edib.

Sonda dövlət qulluğunda səmərəli və qüsursuz fəaliyyət göstərən bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyəti başçısı tərəfindən Fəxri Fərmanlar təqdim edilib.

Keçidlər