Dövlət qulluqçuları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən təlimlər keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022 - 2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın 1-3-cü fəaliyyət istiqaməti çərçivəsində Dövlət İmtahan Mərkəzi tərəfindən Lerik rayonunda dövlət qulluqçuları üçün təlimlər təşkil olunub.
Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən Lerik şəhəri, Heydər Əliyev Mərkəzində 01, 02 və 03 may 2024-cü il tarixlərində rayon üzrə inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları üçün “İş yerində rifahın təmin olunması: tükənmə və streslə mübarizə”, “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları”, “Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili” mövzularında təlimlər keçirilib.