Doğum günündə şəhidin adına bulaq kompleksinin açılışı olub.
Doğum günündə Vətən müharibəsi şəhidin adına xatirə bulaq kompleksinin açılışı olub.
Vov kəndində Vətən müharibəsi şəhidi Hüseynov Samir Əlizadə oğlunun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə bulaq kompleksi inşa edilib.
Kompleksin açılışı şəhidin doğum gününə təsadüf edib. Əvvəlcə Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələrilə birlikdə Samir Hüseynovun və digər şəhidlərin məzarları ziyarət edib, qəbirüstü abidələri önünə gül dəstələri düzülüblər.
Bulaq kompleksinin önündə davam etdirilən mərasimdə torpaqlarımızın işğaldan azad olunması uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov və şəhidin atası Əlizadə Hüseynov tərəfindən bulaq kompleksinin üzərindən örtük götürülüb və önündə gül-çiçək dəstələri qoyulub.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov bulaq kompleksinin tikintisində dəstək göstərən və zəhməti olan hər kəsə minnətdarlığını bildirib.
Şəhid atası Hüseynov Əlizadə çıxış edərək şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.