Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Dəstər kəndində səyyar qəbul keçirilib

06 noyabr 2024 | 16:22

06 noyabr 2024-cü il tarixində Dəstər kəndində səyyar qəbul keçirilib. Qəbulda Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı Vasif Qafarov, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri və Dəstər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Dəstər, Bradi, Dızdipok və Hamarat kəndlərinin sakinləri iştirak edib.

İcra hakimiyyətinin başçısı ölkə rəhbərinin müvafiq tapşırığına uyğun olaraq vətəndaşların səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və  qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdən ibarətdir.

Sakinlər elektrik təsərrüfatının yenilənməsi, qaz xəttinin çəkilişi, içməli su ilə təminat və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndiriblər.

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov kənd sakinlərinin problem və təkliflərini dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.

Keçidlər