Davradibi kəndində sakinlərin müraciət və təklifləri dinlənilib
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov növbəti səyyar qəbulunu Davradibi kəndində keçirib. Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun əlaqədar təşkilatların rəhbər işçiləri, Tikəband kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Davradibi, Tikəband, Hücü, Dico, Nıso, Təndul və Zardoni kəndlərinin sakinləri iştirak edib.
Sakinlər tərəfindən Hücü kənd ibtidai məktəbi üçün yeni binanın tikintisi, avtomobil yollarının təmiri, elektrik təsərrüfatının yenilənməsi və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Sakinlərin təklif və problemlərini dinləyən rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib.