Şriftin ölçüsü :

Saytın rəngi :

Cəngəmiran kəndində yeni inşa edilmiş məktəb binasının açılışı olub

15 sentyabr 2025 | 16:33

15 sentyabr 2025-ci il tarixində Cəngəmiran kənd tam orta məktəbin 132 şagird yerlik yeni binasının açılış mərasimi keçirilib. Mərasimdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Elvin Rüstəmov, Milli Məclisin deputatı Vasif Qafarov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov,  şəhid ailələrinin üzvləri, kənd ziyalıları, müəllimlər və şagirdlər iştirak edib.

Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov,  Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Elvin Rüstəmov, Milli Məclisin deputatı Vasif Qafarov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov şagird və valideynləri təhsil müəssisəsinin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkəmizdə təhsilə verilən önəmdən, qazanılan uğurlardan, məktəb infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıblar.

Həmçinin tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, 132 şagird yerlik Cəngəmiran  kənd tam orta məktəbinin yeni binası Elm və Təhsil Nazirliyi tərəfindən inşa edilib.

Daha sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar.

Keçidlər