Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Cəngəmiran kəndində vətəndaşlarla növbəti səyyar görüş-qəbul keçirildi

24 may 2022 | 16:11

Lerik rayonunun Cəngəmiran kəndində əhalini narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılmasını təmin etmək məqsədilə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev tərəfindən vətəndaşlarla səyyar qəbul keçirildi. Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları,  rayonun hüquq mühafizə orqanlarının, xidmət təşkilatları və aidiyyəti idarə rəhbərləri iştirak edirdi.

Öncə C.Baxşıyev 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbədən, Möhtərəm prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə vətəndaşlarının sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlardan, həmçinin rayonda və Cəngəmiran ərazisində son illərdə həyata keçirilən tikinti-quruculuq, abadlıq işləri, barədə məlumat verdi, qarşıda duran vəzifələri qeyd etdi.   

Qəbulda vətəndaşıların təklif, müraciət və şikayətləri dinlənildi, onların həlli istiqamətində aidiyyəti üzrə vəzifəli şəxslərə yerində göstəriş və tapşırıqlar verildi.

Qəbul zamanı vətəndaşlar rayonda, o cümlədən Cəngəmiran ərazisində aparılan abadlıq və yenidənqurma işlərindən razılığını ifadə edərək, onların müraciətlərinə xüsusi diqqət göstərildiyinə görə ölkə başçısına və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər