Cəngəmiran kəndində səyyar qəbul keçirilib
Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov 20 may 2024-cü il tarixində Cəngəmiran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Cəngəmiran və Pirzəkücə kəndlərinin sakinləri ilə səyyar qəbul keçirib.
Səyyar qəbulda RİH başçısı aparatının, rayonun aidiyyəti təşkilatlarının məsul şəxsləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İcra hakimiyyətinin başçısı ölkə rəhbərinin müvafiq tapşırığına uyğun olaraq vətəndaşların səyyar qəbullarının keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, qarşıya qoyulmuş əsas vəzifə, vətəndaşları narahat edən məsələləri yerində öyrənmək və qanunamüvafiq qaydada həlli tədbirlərini müəyyən etməkdən ibarətdir.
Həmçinin rayon rəhbəri Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti portalı barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və və https://rih.gov.az/ portalından istifadə etmələrini tövsiyə edib.
Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov kənd sakinlərinin problem və təkliflərini dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.