Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Çayrud kəndində səyyar görüş-qəbul keçirildi

27 may 2022 | 19:15

27 may 2022-ci il tarixində Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev növbəti səyyar qəbulunu Çayrud kənd inzibati dairəsi üzrə nümayəndəliyinə daxil olan kəndlərin sakinləri ilə keçirdi.

Səyyar qəbulda icra hakimiyyəti aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri iştirak edirdilər.

Öncə iştirakçılar Çayrud kəndinin mərkəzində yerləşən “Mədəniyyət və İstirahət Parkı”nda  Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinə inşa edilmiş abidə kompleksini ziyarət edərək şəhidlərinin xatirəsini ehtiramla yad etdilər.

Qəbulda rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev ölkə başçısının yürütdüyü uğurlu sosial-iqtisadi siyasəti nəticəsində gündən-günə vətəndaşlarımızın rifah halının yaxşılaşdığınını bildirərək, son illərdə rayonumuzda, o cümlədən Çayrud ərazisində aparılan tikinti-quruculuq və abadlıq işləri barədə geniş məlumat verdi.

Səyyar qəbulda kənd sakinləri bir sıra məsələlərlə bağlı rəy və təkliflərini bildirdilər. Səsləndirilən hər bir təklif və şikayətlər barədə müvafiq qurumlara tapşırıqlar verildi.

Keçidlər