Bürsülüm və Davradibi kəndlərində səyyar qəbul keçirilib
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov növbəti səyyar qəbulunu Bürsülüm və Davradibi kəndlərində keçirib. Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri, Bürsülüm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Bürsülüm, Ancəqov, Bobla, Ləkər, Nosovyədi, Vənədi, Vov, Zeynəko və Tikəband kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Davradibi, Tikəband, Dico, Nıso, Təndul, Hücü və Zardoni kəndlərinin sakinləri iştirak edib.
Qəbulda çıxış edən rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov bildirib ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq bu gün sizlərlə görüşürük. Görüşlərdə əsas məqsəd kəndlərdəki mövcud vəziyyəti sakinlərin dilindən öyrənərək həlli mümkün olan məsələləri yerində həll etmək, ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.
Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib, qaldırılan problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumlara tapşırıqlar verilib.







