Boykəndil kəndində sakinlərlə görüş keçirilib
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov 15 may 2024-cü il tarixində rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçilərinin iştirakı ilə Boykəndil kəndində səyyar qəbul keçirib. Qəbulda Kirəvud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Kirəvud, Aran, Boykəndil, Buruq, Ərdəbilə, Lələdulan, Musavar və Ordahal kəndlərinin sakinləri iştirak edib.
Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib. Müraciətlər əsasən yol, qaz, elektrik və digər sosial məsələlərlə bağlı olub.
Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov kənd sakinlərinin problem və təkliflərini dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.