Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Bilnə kəndində səyyar qəbul keçirilib

13 noyabr 2023 | 16:23

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov yerli hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri ilə birlikdə rayonun Bilnə kəndində səyyar qəbul keçirib.

Qəbulda Noda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Bilnə, Günəşli, Babagil və Noda kəndlərinin sakinləri iştirak edib.

Rayon icra hakimiyyəti başçısı qəbulda çıxış edərək bildirib ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən görüşlərdə əsas məqsəd mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənmək, həlli mümkün olan məsələləri yerində həll etmək və ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır. Həmçinin rayon rəhbəri cari ilin sentyabr ayında lokal xarakterli antiterror əməliyyatı ilə ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa edildiyini, Xankəndində, Xocalıda, Xocavənddə və Ağdərədə dövlət bayrağımızın qaldırılmasının qürurverici bir an olduğunu, Zəfər Paradının Xankəndində keçirilməsi xalqımızın qüdrətini, ordumuzun rəşadət və hünərini bir daha nümayiş etdirdiyini diqqətə çatdırıb.

Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib. Müraciətlər əsasən yol, elektrik, qaz, içməli su və digər sosial məsələlərlə bağlı olub.

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov kənd sakinlərini dinləyərək onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində aidyyəti vəzifəli şəxsləri müvafiq tapşırıqlar verib. 

Keçidlər