Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Biləvər kəndində səyyar görüş-qəbul keçirilib

12 aprel 2023 | 17:59

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov növbəti səyyar görüş-qəbulunu Biləvər kəndində keçirib.

Qəbulda Osyodərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Biləvər, Bülüdül, Geskon, Gəndov, Xanəgah, Kekonu, Osyodərə və Şivlə kəndlərinin sakinləri iştirak edib.

Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib. Müraciətlər əsasən yol, qaz, elektrik və digər sosial məsələlərlə bağlı olub.

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov kənd sakinlərinin problem və təkliflərini dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.

Keçidlər