Şriftin ölçüsü :

Saytın rəngi :

Bibiyani və Babagil kəndlərində vətəndaşların müraciətləri dinlənilib

16 iyul 2025 | 16:12

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov 16 iyul 2025-ci il tarixində Bibiyani və Babagil kəndlərində səyyar qəbul keçirib.

Səyyar qəbulda rayon icra hakimiyyəti başçısı aparatının, rayonun hüquq mühafizə orqanlarının və aidiyyəti təşkilatlarının məsul şəxsləri, eləcə də Vizəzəmin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Bibiyani, Almu, Cəngənəvud, Hamarmeşə, Haran, Kıncıvo, Kornədi, Peştətük, Sipyəreqon, Sivəkəran, Təbrizli, Vizəzəmin kəndlərinin və Noda kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Babagil, Bilnə, Günəşli və Noda kəndlərinin sakinləri iştirak edib.

Qəbulda çıxış edən rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov  bildirib ki, səyyar görüşlərdə əsas məqsəd kəndlərdəki mövcud vəziyyəti sakinlərin dilindən öyrənərək həlli mümkün olan məsələləri yerində həll etmək, ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.

Həmçinin rayon rəhbəri Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti portalı barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və və https://rih.gov.az/ portalından istifadə etmələrini tövsiyə edib.

Səyyar qəbullarda vətəndaşların problem və təklifləri dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq aidiyyəti qurumlara tapşırıqlar verilib.

Keçidlər