Barzavu kəndində səyyar qəbul keçirilib
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov 10 dekabr 2025-ci il tarixində rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçilərinin iştirakı ilə Barzavu kəndində növbəti səyyar qəbul keçirib.
Qəbulda Blaband kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Barzavu, Ambu, Blaband, Xəlifəkücə, Lüləkəran, Osnağakücə və Şinəbənd kəndlərinin sakinləri iştirak edib.
Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib. Sakinlər su təchizatının yaxşılaşdırılması, yolların təmiri, elektrik təsərrüfatının yenilənməsi və digər müraciətlər səsləndiriblər.
Sakinlərin təklif və problemlərini dinləyən rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib.







