“Azərbaycan Bayrağı” ordenli şəhid Əmrah Əkbərovun şəhadətinin 4-cü ildönümü anılıb
Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Əkbərov Əmrah Şahid oğlunun şəhadətinin dördüncü ildönümündə rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri və kənd sakinləri ilə birlikdə şəhidin Livədirqə kəndində məzarı üzərinə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
Eyni zamanda kənd qəbiristanlığında Vətən müharibəsi şəhidi Şirvanov Davud Xeyrulla oğlunun və ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş Məmmədov Əbülfəz Ağaxan oğlunun məzarları ziyarət edilib.
Rayon icra hakimiyyətinin başçısı Ə.Abbasov mərasimlərdə iştirak edən şəhid ailə üzvləri ilə görüşüb, onlarla səmimi söhbət edib, qayğı və problemləri ilə maraqlanıb.
Şəhid ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım minnətdarlıqlarını ifadə ediblər.
Şəhid Əmrah Əkbərov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni və "Vətən uğurunda", “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.