Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

“Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi” layihəsi çərçivəsində görüş keçirilib

25 noyabr 2022 | 17:37

25 noyabr 2022-ci il tarixdə “Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi” layihəsi çərçivəsində Lerik Rayon İcra Hakimiyyətində görüş keçirilib.

Görüşdə rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, rayon icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, aidiyyəti idarə, müəssisə rəhbərləri, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin məsul işçisi Cavid Qədimov, İqtisadiyyat Nazirliyinin Lənkəran regional bölməsinin müdiri Çingiz Məmmədov, layihənin koordinatoru Alma Bayrak, layihənin ekspertləri Vitold Sartorius və Əhliman Qasımov iştirak ediblər.

Görüş zamanı layihənin icrası ilə bağlı rayonun inkişaf planının hazırlanması üzrə  keçiriləcək seminarlar barədə fikir mübadiləsi aparılıb, bu məqsədlə keçirilməsi planlaşdırılan təlimlərdə iştirak edəcək təşkilatların adları və iştirakçıların sayı müəyyənləşdirilib.

Keçidlər