Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Antiterror əməliyyatı zamanı şəhid olan hərbçilərimiz Vəlizadə Rəşad Rasim oğlunun və Məhərrəmov Cavad Sadiq oğlunun il mərasimi keçirilib və məzarları ziyarət olunub

20 sentyabr 2024 | 18:31

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun hərbi qulluqçuları, Lerik rayonunun Tikəband kəndində anadan olan Vəlizadə Rəşad Rasim oğlu və rayonun Almu kəndində anadan olan Məhərrəmov Cavad Sadiq oğlunun il mərasimləri keçirilib və məzarları ziyarət olunub.

Mərasimdə Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları şəhidlərin məzarlarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzərək əziz xatirələrini böyük hörmət və ehtiramla yad ediblər.

Qeyd edək ki, Azərbaycan ordusunun hərbi qulluqçuları Vəlizadə Rəşad Rasim oğlu və Məhərrəmov Cavad Sadiq oğlu 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olublar.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Ordusunun hərbi qulluqçuları Vəlizadə Rəşad Rasim oğlu və Məhərrəmov Cavad Sadiq oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və "Vətən uğrunda” medalı ilə təltif ediliblər. 

Keçidlər