Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Antiterror əməliyyatı zamanı şəhid olan çavuş Əliyev Zahir Sədi oğlunun il mərasimi keçirilib və məzarı ziyarət olunub

21 sentyabr 2024 | 14:04

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal antiterror tədbirləri zamanı Lerik rayonunun Soru kəndində anadan olan Daxili Qoşunların hərbi qulluqçusu çavuş Əliyev Zahir Sədi oğlunun il mərasimi keçirilib və məzarı ziyarət olunub.

Mərasimdə Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları Soru kənd qəbiristanlığında Zahir Əliyevin və digər şəhidlərin məzarlarını ziyarət edib, qəbirüstü abidələrinin üzərinə gül-çiçək dəstələri düzərək əziz xatirələrini böyük hörmət və ehtiramla yad ediblər. Eyni zamanda Soru kəndində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə inşa edilmiş bulaq-abidə kompleksini ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Qeyd edək ki, Daxili Qoşunların hərbi qulluqçusu çavuş Əliyev Zahir Sədi oğlu 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Daxili Qoşunların hərbi qulluqçusu çavuş Əliyev Zahir Sədi oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və "Vətən uğrunda” medalı ilə təltif edilib. 

Keçidlər