Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Andurma kəndində sakinlərin müraciət və təklifləri dinlənilib

15 noyabr 2023 | 16:42

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov 15 noyabr 2023-cü il tarixində növbəti səyyar qəbulunu Andurma kəndində keçirib. Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri, Çayrud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Andurma, Rvarud, Təngəbin, Anzolu, Piyəkücə və Çayrud kəndlərinin sakinləri iştirak edib.

Sakinlər tərəfindən elektrik təsərrüfatının yenilənməsi, avtomobil yollarının təmiri və bir neçə fərdi müraciət səsləndirilib.

Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri problemlər ayrı-ayrılıqda dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumlara tapşırıqlar verilib.

Keçidlər