Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Amburdərə kənd ümumi orta məktəbinin binasının açılış mərasimi keçirilib

15 sentyabr 2023 | 17:34

2023-cü il sentyabrın 15-də Amburdərə kənd ümumi orta məktəbinin binasının açılış mərasimi keçirilib. Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, təhsil işçiləri, şagirdlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanan açılış mərasimində Amburdərə kənd ümumi orta məktəbinin fəaliyyəti, məktəb üçün yeni binanın tikintisi haqqında məlumat verilib. Bildirilib ki, məktəbin 1975-ci ildə tikilmiş əvvəlki binası yararsız vəziyyətə düşdüyünə görə məktəb üçün yeni binanın tikintisi məqsədəuyğun hesab edilmiş, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 may tarixli 3257 nömrəli Sərəncamı ilə 56 şagird yerlik modul tipli məktəb binasının quraşdırılması üçün maliyyə vəsaiti ayrılmışdır. 2022-ci ildə tikinti işlərinə başlanılmışdır. Tikinti Elm və Təhsil Nazirliyinin sifarişi ilə həyata keçirilmişdir.

Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov çıxış edərək 15 Sentyabr – Bilik Günü, yeni tədris ilinin başlanması və məktəb binasının açılışı münasibətilə təhsil işçilərinə, şagirdlərə, kənd sakinlərinə təbriklərini çatdırıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafı ilə bağlı mühüm tədbirlərin həyata keçirildiyini, təhsil islahatlarının uğurla davam etdirildiyini, təhsil infrastrukturunun müasirləşdirildiyini, yeni məktəb binalarının tikildiyini, əsaslı təmir olunduğunu bildirib. Amburdərə kənd ümumi orta məktəbinin yeni binasının tikintisinin də bu sahədə görülən işlərin davamı olduğunu vurğulayan icra hakimiyyətinin başçısı məktəbin müəllim və şagird kollektivinə uğurlar arzulayıb.

Açılış mərasimində Lənkəran–Astara Regional Təhsil İdarəsinin Lerik rayonu üzrə təhsil sektorunun müdiri Zöhrab Salayev, kənd ziyalıları adından Hüsaməddin Abbasov, şəhid atası Maqsud Babayev, məktəbin müəllimi Nailə Qasımova çıxış edərək uşaq və gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitə, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdə məktəblilərin ifasında şeirlər səsləndirilib.

Daha sonra açılışı bildirən rəmzi qırmızı lent kəsilib, tədbir iştirakçıları binada yaradılan şəraitlə tanış olublar.

Tədbirdə birinci sinif şagirdlərinə məktəbli ləvazimatı hədiyyə edilib.

Keçidlər