Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Ambu kəndində səyyar qəbul keçirilib

09 fevral 2024 | 18:14

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov 09 fevral 2024-cü il tarixində rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçilərinin iştirakı ilə Ambu kəndində növbəti səyyar qəbul keçirib.

Qəbulda Blaband kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Ambu, Barzavu, Blaband, Xəlifəkücə, Lüləkəran, Osnağakücə və Şinəbənd kəndlərinin sakinləri iştirak edib.

Sakinlərin təklif və problemlərini dinləyən rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib.

Keçidlər