Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Almu kəndində şəhid Məlikov Vüsal Bəxtiyar oğlunun il mərasimi keçirilib

16 sentyabr 2023 | 21:28

2022-ci il sentyabr ayının 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməsi zamanı qəhrəmancasına şəhid olan leytenant Məlikov Vüsal Bəxtiyar oğlunun il mərasimi keçirilib.

Mərasimdə Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov,  Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, məzarı üzərinə gül-çiçək dəstələri düzərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad ediblər.

Eyni zamanda Almu kənd qəbiristanlığında ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhid Natiq Namiq oğlu Tahirlinin məzarı ziyarət edilib, üzərinə gül dəstələri düzülüb.

Sonra şəhidin atası Bəxtiyar Məlikov və ailə üzvləri ilə görüşən rayon rəhbəri onlara başsağlığı verərək, bütün şəhidlərimiz kimi, Vüsal Məlikovun xatirəsinin də hər zaman əziz tutulacağını və daim qəlblərdə yaşayacağını bildirib.

 

Keçidlər