Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçirilib

11 sentyabr 2023 | 18:17

Sentyabrın 11-də Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuş Lerik rayonundan olan gənclərlə görüş keçirilib. Görüşdə aparatın məsul işçiləri, yüksək nəticə əldə etmiş abituriyentlərin məzunu olduğu rayonun ümumtəhsil məktəblərinin direktorları və tələbə adını qazanmış gənclər iştirak ediblər.

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov tələbə adını qazanmış gəncləri və məktəb direktorlarını yüksək nəticəyə görə təbrik edərək qeyd edib ki, rayonumuzda ali məktəblərə daxil olan gənclər arasında 500-dən yuxarı bal toplayanların olması çox sevindiricidir. Bildirib ki, bu il rayonumuzun orta məktəblərini bitirən məzunlardan 128 nəfər tələbə adını qazanmış, bunlardan 2 nəfər 600-dən, 11 nəfər isə 500-dən yuxarı bal toplamışdır.  
Ulu Öndərimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirdiyini, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əlindən gələni etdiyini diqqətə çatdırıb. Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev də ulu öndər ənənələrinə sadiq qalaraq  təhsilin inkişafı ilə əlaqədar mühüm tədbirlər həyata keçirmiş, təhsil islahatlarının, təhsil haqqında qanunun yerinə yetirilməsini daim diqqətdə saxlanılmışdır. Bu diqqət və qayğı nəticəsində son illər rayonumuzda yeni məktəb binaları tikilmiş, bir sıra məktəb binaları isə əsaslı təmir olunmuşdur.

Görüşdə rayon icra hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Lənkəran–Astara Regional Təhsil idarəsinin Lerik rayonu üzrə təhsil sektorunun müdiri Zöhrab Salayev çıxış edərək tələbə adını qazanmış gəncləri təbrik edərək onlara uğurlar arzulayıblar.

Sonra tədbirdə Azərbaycan Tibb Universitetinə qəbul olmuş Türkanə Hüseynli, Bakı Ali Neft Məktəbinə qəbul olunmuş Əlyar Bayramov, Azərbaycan Tibb Universitetinə qəbul olmuş Aksana Ağayeva, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olunmuş Gülnar Hümbətova, Bakı Dövlət Universitetinə qəbul olunmuş Gülnar Səfərova, Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olmuş Tahir Məmmədzadə, Bakı Dövlət Universitetinə qəbul olmuş Emin Hüseynli, Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunmuş Eltun Əsgərzadə, Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuş İman Aytac, Dövlət Gömrük Akademiyasına qəbul olunmuş Mərdi Mobil, Bakı Dövlət Universitetinə qəbul olunmuş  Aqşin Nuriyev çıxış edərək gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitdən razılıqlarını bildirmiş, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə və tələbələrlə görüşə görə icra hakimiyyətinin başçısına minnətdarlıq etmişlər

Tələbələrlə səmimi söhbət edən rayon icra hakimiyyəti başçısı bir daha onları təbrik edərək, ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanımızın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr vermələrini arzulayıb.

Sonda ali məktəblərə qəbulda yüksək bal toplamış tələbələrə rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və hədiyyələr təqdim edilib.

Keçidlər