Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuş gənclərlə görüş keçirildi

05 sentyabr 2022 | 16:46

Sentyabrın 5-də Lerik Rayon İcra Hakimiyyətində 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuş Lerik rayonundan olan gənclərlə görüş keçirildi.

Görüşdə rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndəsi Rəhim Rəhimov, rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun ümumtəhsil məktəblərinin direktorları və tələbə adını qazanmış gənclər iştirak edirdi.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov tələbə adını qazanmış gəncləri, onların valideynlərini və müəllimlərini yüksək nəticəyə görə təbrik edərək bildirdi ki, rayon üzrə ali təhsil müəssisələrinə qəbul olunan məzunların sayı ildən-ilə artır. Xüsusilə də 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olan gənclərin, o cümlədən qızların sayının artması çox sevindirici haldır.

Ulu Öndərimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirilmiş, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əlindən gələni etmişdir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev Ulu öndərin qoyduğu ənənəyə sadiq qalmaqla, onun tərəfindən əsası qoyulmuş siyasəti davam və inkişaf etdirmişdir. Nəticədə təhsilin inkişafı ilə əlaqədar mühüm layihələr icra olunmuş, təhsil sahəsində islahatlar həyata keçirilməklə, bu sahə daim diqqətdə saxlanılmışdır.

Görüşdə Lənkəran–Astara Regional Təhsil idarəsinin nümayəndəsi Rəhim Rəhimov, A.Nuriyev adına Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyi gümüş medalla bitirmiş, 593 balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunmuş Hüseynzadə Aysun Oktay qızı, Veri kənd tam orta məktəbinin məzunu, 515 balla Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat–informatika fakültəsinə qəbul olunmuş Əliyev Seyidəli Fəxrəddin oğlu çıxış edərək gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitdən razılıqlarını bildirdilər, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə, tələbələrlə görüşün keçirilməsinə görə isə rayon icra hakimiyyətinin rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.

Tələbələrlə səmimi söhbət edən rayon icra hakimiyyəti başçısı bir daha onları təbrik edərək, ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanımızın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr vermələrini arzuladı.

Sonda ali məktəblərə qəbulda yüksək bal toplamış tələbələr rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə ilə təltif edildi, onlara qiymətli hədiyyələr təqdim edildi.

Tələbələrlə görüşdən sonra onların məzunu olduğu ümumi təhsil məktəbinin direktorları ilə görüşən rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov əldə olunmuş nəticələrə görə onlara təşəkkür etdi və qarşıda duran vəzifələr müzakirə olundu.

Keçidlər