Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib

27 aprel 2023 | 18:18

2023-cü il aprelin 27-də Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin, Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova çıxış edərək bildirib ki, 2023-cü il aprelin 28-də Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olur. Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Elmi fəaliyyəti ilə yanaşı, Zərifə Əliyeva eyni zamanda qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur. Zərifə Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Lakin bu adlar sırasında ən şərəflisi Ana adıdır.

Tədbirdə “Lerik Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin həkimləri: Sadiqə Rufullayeva, Güloğlan Abbasov, Heydər Əliyev Mərkəzinin əməkdaşı Nəzrin Səmədzadə və digərləri çıxış edərək akademik Zərifə Əliyevanın həyat və fəaliyyəti barədə geniş məlumat veriblər. Bildirilib ki, Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxoma xəstəliyinin müalicəsində böyük xidmətlər göstərmiş, müxtəlif sənaye sahələrində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, elmi əsərlərin müəllifi olmuşdur. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə Əliyeva respublikada yüksək ixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır. Yüksək elmi nailiyyətlərinə görə ona 1980-ci ildə “Əməkdar elm xadimi” fəxri adı verilmişdir. 1981-ci ildə isə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk qadın olmuşdur. Ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş bu nəcib xanımın əziz xatirəsi hər zaman ehtiramla yad edilir.

Keçidlər