Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Ağır atletika üzrə Azərbaycan kuboku yarışında uğur qazanmış rayon komandasının üzvləri ilə görüş keçirilib

26 dekabr 2022 | 18:47

Ağır Atletika Akademiyasında qadınlar, kişilər və veteranlar arasında keçirilən ağır atletika üzrə Azərbaycan kuboku yarışında uğur qazanmış Lerik rayon komandasının üzvləri ilə 26 dekabr 2022-ci il tarixdə Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasında görüş keçirilib.

Görüşdə Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov idmançıları təbrik edərək, onlara yeni-yeni uğurlar arzulayıb. Ölkəmizdə idmana olan dövlət qayğısını, bu sahədə uğurlu nəticələrin əldə olunmasını qeyd etdi və idmançılarımızın uğurlarının davamlı olacağına əminliyini vurğulayıb. Şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin 100-dən çox atletin iştirak etdiyi yarışda rayonumuzun 4 atletlə təmsil olunduğunu və komandamızın üzvü Füqan Əliyevin 81 kq çəkidə qızıl medalını qazandığını, digər 3 idmançının isə müxtəlif çəki dərəcələrində 3-cü, 4-cü və 5-ci yeri tutduğunu diqqətə çatdırıb. Rayon icra hakimiyyəti başçısı lerikli idmançılar adından ölkədə idmanın inkişafına və idmançılara göstərilən əvəzsiz qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Çıxış edən atlet Füqan Əliyev və məşqçi Elvin Mirzəyev onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər və gələcək yarışlardan uğurla dönəcəklərindən əminliklərini ifadə ediblər.

Sonda idmançılara və məşqçi Elvin Mirzəyevə rayon icra hakimiyyətinin Fəxri Fərman və Təşəkkürnamələri təqdim olunub.

Keçidlər