Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

23 iyun- Dövlət qulluqçularının peşə bayramı günüdür.

23 iyun 2013 | 15:00

 

22 iyun 2013-cü il tarixdə 23 iyun - Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Lerik rayonunda tədbir keçirilmişdir. Öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilmiş, abidənin qarşısına gül-çiçək dəstələri qoyulmuşdur. Tədbir Lerik Rayon İcra Hakimiyyətinin akt zalında davam etdirilmişdir.
     Yığıncağı giriş sözü ilə Lerik Rayon İcra Hakimiyyəti Başçısı Rövşən Bağırov açaraq bildirmişdir ki, ölkədə dövlət qulluqçularının iş sisteminin formalaşdırıması və onlara göstərilən qayğı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır, respublikamız müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətdə islahatları uğurla davam etdirir və bu işlər bu gün də Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla icra olunur. Bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında da mühüm rol oynayır.
     23 iyun- Dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş məruzə ilə rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşiyev çıxış edərək bildirdi ki, ölkədə dövlət quruculuğu sahəsində aparılan islahatlar ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağldır. Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə dövlət qulluqçularının peşə bayramının  təsis olunmasını dövlət qulluqçularına göstərilən diqqət və qayğının təzahürü olduğunu qeyd etdi. Sonra məruzə ətrafında Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının sədri Elxan Qənbərov, Qosmalian ərazi icra nümayəndəsi Elxan Nurullayev, rayon prokuroru Bəhruz  İbrahimov çıxış etdilər. Tədbirin sonunda 14 nəfər dövlət qulluqçusuna yubileyləri münasibətilə və dövlət idarəetmə orqanlarında uzunmüddətli səmərəli əmək fəaliyyətinə görə rayon icra hakimiyyətinin və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Lerik Rayon Komitəsinin Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim olundu.
     Sonda tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.

Keçidlər