“Narkomanlığın yayılmasına qarşı mübarizə tədbirlərinin səmərəliliyinin artırılması” mövzusunda Şura iclası keçirilmişdir.
Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 12 iyun 2013-cü il tarixli iclasında “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə” məsələ müzakirə olunmuşdur. Tədbirdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının sədri Cəlil Baxşıyev, rayon komissiyasının üzvü, aparatın hüquq şöbəsinin müdiri Araz Quliyev, Lerik Rayon Polis Şöbəsinin rəis müavini Habil Bünyatov, rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov, rayon mərkəzi xəstəxanasının baş həkimi Mübariz Ağayev, Qosmalian kənd ərazi icra nümayəndəsi Elxan Nurullayev çıxış etmişlər. Şura iclasında narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsinin zəruriliyi, aidiyyəti dövlət orqanlarının yerli özünüidarəetmə və qeyri-hökümət təşkilatları ilə qarşılıqlı əlaqəli fəaliyyətinin təşkili, antinarkoloji təbliğat-təşviqat və maarifləndirmə tədbirləri barədə ictimaiyyətin məlumatlandırılmasının təmin edilməsi və digər istiqamətlərdə vəzifələr müəyyən edilmişdir.