Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Livədirqə kəndində iki yeni körpü tikilərək əhalinin istifadəsinə verilmişdir

17 may 2013 | 15:00

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun və Milli Məclisin deputatı İqbal Məmmədovun təşəbbüsü ilə 8 kəndi özündə birləşdirən, 5 minə yaxın əhalisi olan Livədirqə kənd inzibati ərazi dairəsinin sakinlərinin arzusu nəzərə alınaraq iş adamı Çingiz Məmmədovun yaxından köməyi ilə əraziyə gedən yolun üzərində iki körpü inşa edilmişdir.
     Alaşar çayının üzərində inşa edilmiş körpünün uzunluğu 14 metr, eni 6 metr,  Livədirqə kəndinin ərazisindən keçən çayın üzərində qurulan körpünün uzunluğu isə 12 metr, eni 6 metrdir. Hər iki körpü dəmir-beton konstruksiyadan istifadə edilərək inşa edilmişdir. Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırovun, Milli Məclisin deputatı İqbal Məmmədovun, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ərazidə yaşayan ictimaiyyət nümayəndələrinin iştirakı ilə 16 may 2013-cü il tarixində hər iki körpünün açılışı həyata keçirilmişdir.
      Körpünün açılış mərasimində Milli Məclisin deputatı İqbal Məmmədov və rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək kənd əhalisini təbrik etmiş, respublikada aparılan quruculuq-abadlıq işlərinin davamı kimi bu gün ucqar dağ rayonu olan Lerikdə görülən işlərdən söhbət açmış, qarşıda duran vəzifələrdən danışmışdır. Livədirqə ərazi icra nümayəndəsi Davud Manafov, ağsaqqal Abbas Zahidov, kənd sakinləri: Fizuli Mirzəyev, Əhməd Əhmədov, Əkrəm Abdullayev çıxış edərək bu tədbirlərin əhalini sevincinə səbəb olduğunu bildirmiş, göstərilən diqqət və qayğıya görə cənab Prezidentə minətdarlıqlarını ifadə etmişlər.
     Hər iki körpünün rəmzi açılışını bildirən qırmızı lentlər kəsildikdən sonra körpü  əhalinin istifadəsinə verilmiş, qurban kəsilmişdir.

Keçidlər