Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi təntənə ilə qeyd edildi
Ümummilli liderin anadan olduğu 10 may.
Bayramsayağı bəzədilmiş Lerik rayonun mərkəzi Heydər Əliyev Meydanında böyük qələbəlik idi. Həmişə ümummilli lider Heydər Əliyev siyasətinə sadiq olan leriklilər ulu öndərin əziz xatirəsini böyük ehtiramla yad etmək, önündə gül-çiçək dəstələri qoymaqdan ötəri uzun növbəyə dayanmışdı. Öncə Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov, hüquq mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar ulu öndərin abidəsini ehtiramla ziyarət etdilər. Daha sonra ictimaiyyətin nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivləri, məktəblilər dahi dövlət xadiminin abidəsini ziyarət etdilər. Ümumxalq ziyarəti xalqımızın dahi oğlu Heydər Əliyevə həsr olunmuş ürək açan mahnıların sədaları altında davam edirdi.