Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Monidigah kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirildi

30 mart 2022 | 16:00

Martın 30-da Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev tərəfindən növbəti səyyar qəbul rayonun Monidigah kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirildi.
Qəbulda rayonun hüquq mühafizə orqanlarının, xidmət təşkilatları və aidiyyəti idarə rəhbərləri iştirak edirdi.
Qəbulda C.Baxşıyev cənab Prezident tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlardan, o cümlədən minimum əmək haqları və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılmasından və eyni zamanda müxtəlif dövlət təşkilatlarında çalışan işçilərin əmək haqlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verdi. Rayonda və Mondigah ərazisində son illərdə həyata keçirilən tikinti-quruculuq, abadlıq işləri, açılan yeni iş yerləri barədə məlumat verdi, qarşıda duran vəzifələri qeyd etdi.  
Qəbulda kənd sakinlərinin təklifləri və problemləri dinlənildi və onları narahat edən bəzi məsələlər yerindəcə öz həllini tapdı. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Həlli mərkəzi icra hakimiyyəti orqanlarından asılı olan məsələlərlə bağlı qeydlər aparıldı.
Qəbul zamanı vətəndaşlar rayonda, o cümlədən Monidigah ərazisində aparılan abadlıq və yenidənqurma işlərindən razılığını ifadə edərək, onların müraciətlərinə xüsusi diqqət göstərildiyinə görə ölkə başçısına və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər