Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən cənab Cəlil Baxşıyevin rayon əhalisinə Novruz bayramı təbriki!

19 mart 2022 | 16:00

Rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən
    cənab Cəlil Baxşıyevin rayon əhalisinə Novruz bayramı

T Ə B R İ K İ

Hörmətli leriklilər, əziz həmvətənlər!

Sizi min illərdir ki, ölkəmizdə və bütün türk dünyasında böyük sevinc hissi ilə qeyd edilən, xalqımızın özünəməxsus adət-ənənələrini, qədim tarixini özündə yaşadan, bolluq, bərəkət, birlik və həmrəylik rəmzi olan Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə xöşbəxtlik, firavanlıq və can sağlığı arzulayıram. Qoy yurdumuza qədəm qoyan Novruzun gəlişi ilə təzələnən ilimiz hər birinizin evinə əmin-amanlıq və xoşbəxtlik ili kimi daxil olsun, hər bir ailəyə ruzi-bərəkət gətirsin!
Bolluq, bərəkət, birlik və həmrəylik rəmzi olan Novruz bayramını  artıq iki ildir ki, hər il Novruzda arzu etdiyimiz ülvi bir hiss-qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qazandığı Zəfər hissi ilə qarşılamağımızdan qürur duyuruq.
Son illərdə rayonumuzun sosial-iqtisadi və mədəni həyatında infrastruktur layihələrin icrası, tikinti işlərinin davam etdirilməsi, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı cənab Prezidentin imzaladığı sərəncamlar Lerikin inkişafına göstərilən diqqətin bariz nümunəsidir. İnanırıq ki, ölkəmizin gündən-günə güclənən iqtisadi qüdrəti, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin regionların inkişafına göstərdiyi qayğı və diqqət nəticəsində qarşıdakı illərdə də rayon mərkəzi ilə yanaşı, kəndlərimiz də daha da gözəlləşəcək, xalqımız firavan və xoşbəxt yaşayacaqdır.
Əziz həmvətənlər!
Bir daha hər birinizi xalqımızın ən gözəl bayramı olan Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza  sağlam həyat, xoş əhval-ruhiyyə, vətənimiz Azərbaycanın və rayonumuzun tərəqqisi naminə  işlərinizdə uğurlar arzulayıram. 

Bahar bayramınız mübarək!

Keçidlər