Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Novruz bayramı münasibəti ilə ümumrayon tədbiri keçirildi

18 mart 2022 | 16:00

Lerik Rayon Mədəniyyət Mərkəzinin qarşısındakı meydanda Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, rayon icra hakimiyyəti başçısı aparatının, idarə, təşkilat və müəssisələrin kollektivləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, ağsaqqallar, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə bayram tədbiri keçirildi.
Öncə bayram tonqalını rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev və şəhid ataları Tahir Mövlanov və Rəbbil Heydərov tərəfindən alovlandırıldı.
Cəlil Baxşıyev min illər boyu xalqımız tərəfindən qeyd edilən, milli birlik və həmrəylik rəmzi olan müqəddəs Novruz bayramı münasibəti ilə rayon əhalisini təbrik etdi, hər bir ailəyə bol ruzi, xoşbəxtlik və səadət arzuladı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz tərəfindən 44 günlük Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad olunmasından söhbət açaraq arzusunda olduğumuz Qarabağda artıq Novruz tonqallarının alovlandığını qeyd etdi.
Sonra tədbir iştirakçıları mədəniyyət mərkəzinin foyesində bayram münasibəti ilə təşkil edilmiş əl işləri və xalq sənətkarlığı nümunələrindən ibarət sərgi ilə tanış oldular.
Mədəniyyət mərkəzində davam etdirilən tədbirdə rayon mədəniyyət mərkəzinin və kənd mədəniyyət evlərinin rəqs ansambllarının üzvləri və özfəaliyyət kollektivlərinin ifasında Novruzun rəmzi olan Kosa və Keçəlin iştirakı ilə yumoristik səhnələr, qədim xalq rəqsləri və oyunlar nümayiş etdirildi və rəngarəng musiqi nömrələri ilə zəngin konsert proqramı təqdim olundu.

Keçidlər