Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

“Heydər Əliyev və ordu quruculuğu” mövzusunda dəyirmi masa keçirildi

08 may 2013 | 15:00

07 may 2013-cü il tarixdə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Lerik Rayon şöbəsi kollektivinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirildi.
      Lerik Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidməti şöbəsinin rəisi Elməddin Cəfərov “Heydər Əliyev və ordu quruculuğu” mövzusunda çıxış edərək  Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan xalqının müstəqillik mübarizəsindəki misilsiz xidmətləri sahəsində gördüyü işlərdən, ölkənin inkişafından danışdı.
      “Heydər Əliyev Vətənin keşiyində” filminə baxış oldu, ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlara və sənədlərə baxış keçirildi.
 

Keçidlər