Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Şəhid məzarları ziyarət olundu

14 mart 2022 | 16:00

Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq Lerik rayonunda da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupu lazımi qayğı ilə əhatə olunur, şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların adı əbədiləşdirilir. Rayon icra hakimiyyəti tərəfindən şəhid ailələrinə və qazilərə mütəmadi olaraq xüsusi diqqət və qayğı göstərilir.
14 mart 2022-ci il tarixdə, Novruz bayramı ərəfəsində xalqımızın adət və ənənələrinə uyğun olaraq Lerik rayonunda I Qarabağ və Vətən Müharibəsində canlarından keçən şəhid övladlarının məzarları rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti təşkilat rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət olunaraq xatirlərinə sonsuz ehtiramlarını bildirdilər, məzarları önünə gül dəstələri düzərək ruhlarına dualar oxudular.
Həmçinin bayram münasibəti ilə rayon icra hakimiyyətinin əməkdaşları şəhid ailələrini evlərində ziyarət etdi, onalrın problemlərini dinləyərək bayram sovqatlarını təqdim etdilər.
Ümumilikdə bayram münasibəti ilə Lerik Rayon İcra Hakimiyyəti tərəfindən 570 bayram sovqatı şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına və imkansız ailələrə paylanıldı.

Keçidlər