Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (025) 274-45-81 / (025) 274-63-02

Piran kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirildi

10 mart 2022 | 16:00

Lerik rayonunun Piran kəndində əhalini narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılmasını təmin etmək məqsədilə 10 mart 2022-ci il tarixdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev tərəfindən vətəndaşlarla səyyar qəbul keçirildi. Qəbulda rayonun hüquq mühafizə orqanlarının, xidmət təşkilatları və aidiyyəti idarə rəhbərləri iştirak edirdi.
Öncə C.Baxşıyev Vətən mübaribəsində ordumuzun şanlı qələbəsi, işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin aparılması,  cənab Prezident tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlardan, o cümlədən minimum əmək haqları və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılmasından və eyni zamanda müxtəlif dövlət təşkilatlarında çalışan işçilərin əmək haqlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verdi. Rayonda və Piran ərazisində son illərdə həyata keçirilən tikinti-quruculuq, abadlıq işləri, açılan yeni iş yerləri barədə məlumat verdi, qarşıda duran vəzifələri qeyd etdi.  
Qəbulda vətəndaşıların təklif, müraciət və şikayətləri dinlənildi. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərildi, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Həlli mərkəzi icra hakimiyyəti orqanlarından asılı olan məsələlərlə bağlı qeydlər aparıldı. 
Qəbul zamanı vətəndaşlar rayonda, o cümlədən Piran ərazisində aparılan abadlıq və yenidənqurma işlərindən razılığını ifadə edərək, onların müraciətlərinə xüsusi diqqət göstərildiyinə görə ölkə başçısına və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər